EN

Ardanın yeni ünvanı

“Eyüpspor”un baş məşqçisi Arda Turan yeni mövsümdə Ukraynada işləyə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Şaxtyor”la razılaşıb. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə Ardanın donetsklilərlə ilkin razılığa gəldiyi bildirilib.

Turanın rəhbərlik etdiyi “Eyüpspor” bu mövsüm 33 turdan sonra Super Liqada 50 xalla 6-cı sıradadır.

Chosen
0
futbolpress.az

1Sources