Rusiyada 2025-ci ilin yazısı çox gözlənilməz və havada qəfil dəyişikliklərlə dolu olacağını vəd edir.
News24.az xəbər verir ki, sinoptiklər temperaturun əhəmiyyətli dərəcədə dəyişməsi, yağıntılar, şaxtalar və hətta anomal istilik dövrləri barədə xəbərdarlıq edirlər.
Rusiyanın qərb bölgələrində yaz qeyri-sabit hava ilə müşayiət olunacaq - tez-tez yağışlar, tufanlar və güclü küləklər. Fermerlər və bağbanlar öz sahələrini əvvəlcədən hazırlamalıdırlar.
Eyni zamanda, Sibir və Uralda daha quru və sərin hava proqnozlaşdırılır. Mayın əvvəlləri şaxtalar gətirə bilər, temperatur normadan 5 dərəcə aşağı enir.
Aqil