EN

Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Polis

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və iştirakçılar Ulu Öndərin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünkü qələbələrin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətinin bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb.Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov, Azərbaycanın suveren, müstəqil ölkə kimi formalaşmasının özüllərinin hələ Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə atıldığını bildirib. O, həmin illərdə bugünkü dövlət müstəqilliyimizin təməl daşlarının qoyulduğunu, milli ruhun və azərbaycançılıq məfkurəsinin yüksəldiyini, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldığını qeyd edib.Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.My Webpage✍"Ulusum".az

Diqqət Çəkənlər

Masallıda ağır qəza: ölən və yaralananlar var

Trump, Ursula fon der Leyeni "heyrətamiz" adlandırdı

Vuçiç və Fitso Moskvada – Peskov onları “qəhrəman” adlandırdı

Chosen
0
ulusum.az

1Sources