Amerika Birləşmiş Ştatları müstəqil Fələstin dövlətini tanıdığını elan edə bilər, lakin HƏMAS-ın iştirakı olmadan.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
"ABŞ prezidenti Donald Tramp Fələstin dövlətinin yaradılması və onun ABŞ tərəfindən tanınması məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlama verəcək. Xüsusilə, ABŞ-ın HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətini tanımaq niyyəti açıqlanacaq", - məlumatda deyilir.
Mənbənin sözlərinə görə, ABŞ HƏMAS-ın yeni Fələstin dövlətinin idarə olunmasında iştirak edə bilməyəcəyi şərtini irəli sürəcək. ABŞ prezident administrasiyası Ər-Riyadda keçiriləcək sammitdə Fələstinin tanınması imkanını nəzərdən keçirir.