Meksika prezidenti Klaudiya Şeynbaum “Google”-u məhkəməyə verib.
Publika.az xəbər verir ki, Şeynbaum bu barədə gündəlik mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ-da istifadə edilən xəritəçəkmə proqramında "Meksika körfəzi" adı "Amerika Körfəzi" olaraq dəyişdirilib. Şeynbaum daha əvvəl bu mövzuda “Google”-a xəbərdarlıq etdiklərini, lakin istəklərinin yerinə yetirilmədiyini bildirib:
"Google məhkəməyə verilib. Artıq ilkin qərar var və biz bu qərarı gözləyirik. Körfəzin ABŞ sahillərinə uyğun gələn hissəsi üçün "Amerika Körfəzi" adının istifadəsinə etiraz etmirik. Ancaq “Google” bütün körfəzi bu şəkildə adlandıra bilməz. Bu, beynəlxalq bir məsələdir. Bizim xahişimiz budur ki, "Amerika Körfəzi" adı yalnız ABŞ ərazisinə uyğun gələn hissəyə yerləşdirilsin”.