EN

Sülh sazişi: Ciddi irəliləyiş əldə olunub

“Mart ayında sülh sazişinin əsas mətninin yekunlaşdırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Hazırda tərəfimizdən bu istiqamətdə müəyyən gözləntilər mövcuddur".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi məsələsi diqqətdə saxlanılır:

"Paralel olaraq, sərhədlərin delimitasiyası üzrə danışıqlar prosesi davam edir və bu sahədə də praktiki addımlar atılmaqdadır",- deyə nazir əlavə edib.

Əli Hüseynov

Chosen
0
bakivaxti.az

1Sources