EN

Bu gün kosmik tullantı Azərbaycan və Türkiyəyə də düşə bilər

SSRİ-nin 53 il əvvəl Veneraya göndərdiyi kosmik gəminin yarım tonluq qalıqları bu gün yerə düşəcək.

Herbiand.az xəbər verir ki, NASA-nın hesablamalarına görə, kosmik zibilin düşmək ehtimalı olan ərazilər içərisində Azərbaycan və Türkiyənin də adı var.

Kosmik tullantı 1972-ci iləd Veneraya göndərilməsi nəzərdə tutulan “Kosmos 482” gəmisinin qalıqlarıdır. “Kosmos 482” uğursuz bir layihə olub və kosmik fəzaya çıxa bilməyib və buraxılandan az sonra uçuşu idarəetmə mərkəzinin nəzarətindən çıxıb.

GƏminin digər hissələrindən fərqli olaraq yarım tonluq kapsul olduğu kimi atmosferi keçərək yerə düşəcək.

Hələlik kosmik gəmi qalıqlarının düşəcəyi yerin koordinatları dəqiqləşməyib.

Chosen
0
herbiand.az

1Sources