EN

"Real" 19 yaşlı ulduzu hədəfə aldı

“Real” “Ayaks”ın 19 yaşlı müdafiəçisi Yorrell Hato ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Madrid klubu niderlandlı futbolçunun çoxşaxəliliyini yüksək qiymətləndirir. O, həm müdafiənin sol cinahında, həm də mərkəzində oynaya bilir. “Real” Hatonu 32 yaşlı David Alabanın potensial əvəzləyicisi kimi görür. Futbolçunun İspaniya nəhənginin marağından xəbəri var, lakin o, hazırda diqqətini “Ayaks”dakı çıxışlarına yönəldib.

Cari mövsümdə Hato bütün turnirlərdə 47 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Ayaks”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt"ın məlumatına əsasən, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Chosen
0
publika.az

1Sources