EN

Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasına baxış » AzadMedia.az


09 may 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olmuşlar.
Ziyarət zamanı rayon rəhbəri ilə birlikdə regional idarənin müdiri də bağçanın pedaqoji kollektivinə və körpələrə uğurlar arzulamışlar.

Bildiririk ki, Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü, iş adamları Məşkur Qasımov və Qalib Məmmədovun maliyyə dəstəyi ilə 2021-ci il may ayının 10-da başlanmış və 2023-cü il mayın 9-da binanın açılış mərasimi keçirilmişdir.
Hal-hazırda bağçada 3 qrup üzrə 48 nəfər uşağın təlim-tərbiyəsi ilə 2 tərbiyəçi məşğuldur.
Chosen
0
3
azadmedia.az

4Sources