Bakı. Trend:
İran 28 il sonra Xəzər dənizinin dayaz sularında yenidən neftkəşfiyyatı üzrə qazıntıya başlayıb.
Bu barədə Trendİranın Neft Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, bununla əlaqədar 9 mayda Tehranda 29-cu İranBeynəlxalq Neft, Qaz, Emal və Neft-Kimya Sərgisində tədbir təşkilolunub.
Tədbirə İranın neft naziri Möhsün Paknejad, İranın Milli NeftŞirkətinin icra direktoru Həmid Bovərd və digər yüksək səviyyəlirəsmilər qatılıb.
Bildirilir ki, İranın Şimal Qazıntı Şirkəti Xəzər dənizinin18-ci blok adlanan “Rudsar” rezervuarında 70 metr su dərinliyindəqazıntıya start verib.
Qazıntının 5 077 metr dərinliyə qədər davam edəcəyi və “Rudsar”rezervuarının qiymətləndirilməsi məqsədilə həyata keçirildiyibildirilir.
Qeyd edək ki, 1997-ci ildə İran Xəzər dənizinin dayaz sularındasonuncu quyunu qazıb. Əmir-Kəbir platformasının təmirindən sonrasözügedən qazıntı işi İranın Neft Nazirliyinin diqqətindədir.
İran 2014-cü ildə Xəzər dənizinin dərin sularında qazıntı işinidayandırıb.