EN

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Misli Premyer Liqasının XXXIV turunda bu gün daha iki oyun keçiriləcək.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, əvvəlcə "Səbail" evdə "Zirə" ilə qarşılaşacaq.

"ASCO Arena"da baş tutacaq və Tural Qurbanovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. "Səbail" hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən "Zirə"nin isə 67 xalı var.

Günün son matçı Tovuzda baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi oyuna saat 19:30-da start veriləcək. Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik "Neftçi" isə beşincidir.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

10 may

17:00. "Səbail" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.

VAR: Kamal Umudlu.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

"ASCO Arena"

19:30. "Turan Tovuz" - "Neftçi"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun ötən gün baş tutan "Sabah" - "Şamaxı" matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

Chosen
0
11
far.az

10Sources