Numeroloq, tarot oxuyan və psixoloq Viktoriya Krılova “Moskva 24” telekanalına verdiyi müsahibədə bəzi doğum tarixlərinin insanlara qeyri-adi qabiliyyətlər bəxş etdiyini bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, 7, 16 və 25-ci günlərdə doğulan şəxslər xüsusi enerjiyə sahibdirlər.
Krılovanın sözlərinə görə, bu insanlar güclü intuisiya, kəskin analitik zəka və təbii strateji düşüncə ilə fərqlənirlər. Onlar istənilən mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq bacarığına malikdirlər və ətrafdakılar tərəfindən tez bir zamanda qəbul edilirlər.
Numeroloq qeyd edir ki, bu insanların ən maraqlı xüsusiyyətlərindən biri başqalarına uğur gətirmək qabiliyyətidir. İnsanlar, şüuraltı şəkildə, bu doğum tarixlərində dünyaya gəlmiş şəxslərə cəlb olunurlar. “Onlarla dostluq etməyə dəyər, çünki onlar uğuru özləri ilə birgə gətirirlər,” – deyə Krılova bildirib.
Bununla yanaşı, bu insanlar çox həssas və daxilən seçicidirlər. Onları incitmək asan deyil, amma əgər kiminsə münasibəti onlarda narazılıq doğurarsa, bu insanı həyatlarından uzaqlaşdırmaqdan çəkinmirlər. Onlar qərar verməzdən əvvəl həmin şəxsin gələcəkdə faydalı ola biləcəyini diqqətlə ölçüb-biçirlər.
Romantik münasibətlərdə isə bu tarixlərdə doğulan şəxslər müstəqil, özünə güvənən və çox seçici olurlar. Əvvəlcə potensial partnyorun çatışmazlıqlarına diqqət yetirir, yalnız bundan sonra onun üstünlüklərini dəyərləndirirlər.
Krılova vurğulayır ki, bu enerjilər yalnız doğum gününün tarixi ilə bağlıdır – doğum ayı və ili heç bir əhəmiyyət daşımır.
Aqil