«Baku Sportinq»in baş məşqçisi Elman Sultanov olduqca qəribə qadağa tətbiq edib.
I Liqada ilk mövsümünü keçirən komandanın çalışdırıcısı köməkçilərinə texniki zonada əyləşməsinə yasaq qoyub.
Onun göstərişinə əsasən, onlar oyun vaxtı tribunada əyləşməlidir.
Buzovna təmsilçisi çempionatın son 6 turunda məğlubiyyətlə üzləşib. Qəsəbə komandası 25 tura topladığı 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ