EN

Azərbaycanlı hücumçu komandasına qələbə qazandırdı

Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə "Herta"nın ikinci komandası ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov bu görüşdə həlledici qolun müəllifi olub. O, komandasının ikinci qolunu 56-cı dəqiqədə penalti zərbəsi ilə vurub.

Hazırda "Dinamo" 48 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Chosen
0
6
sportinfo.az

8Sources