EN

Papanın qardaşından pontifik haqqında maraqlı açıqlamalar

Yeni seçilmiş Papa XIV Leo uşaqlıqda keşiş rolunu oynamağı çox sevirdi. Bu barədə “The New York Times” pontifikin qardaşı Luis Prevosta istinadən yazıb.


"Papa XIV Leo Çikaqoda böyüyüb və həmin illərdə gənc oğlan kimi o özünü kovboy və ya bank soyğunçusu kimi göstərmirdi. Bunun əvəzinə Leo keşiş rolunu oynamağı sevirdi", - məqalədə deyilir.


Nəşr qeyd edib ki, balaca Robertin (papanın dünyəvi adı - red.) ailəsi onun pontifik olacağı ilə bağlı tez-tez zarafatlar da edirmiş. Papanın qardaşının sözlərinə görə, XIV Leo uşaqlıqda qardaşlar arasında münaqişələrdə həmişə sülhməramlı kimi çıxış edib.



Tural

Chosen
0
news365.az

1Sources