EN

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Xabi Alonsonun "Bayer Leverkuzen"dən ayrılması haqda danışıb.

Fanat.Az xəbər verir ki, "City Xtra" Pepin fikirlərini belə təqdim edib:

"O, "Bayer"də inanılmaz işlər gördü. Məncə, onu oyunçu kimi görən bütün mütəxəssislər həmişə Xabinin məşqçi olacağını başa düşürdülər.

Almaniyaya gəlib “Bayern Münhen” ilə başabaş mübarizə həmişə çox çətindir. Ötən mövsüm “Bayer” Avropa Liqasının finalında “Atalanta”ya qarşı keçirdiyi son oyun istisna olmaqla, məğlubiyyətsiz idi.

Komandanın oyun tərzi, oyunçuların tərəqqi yolu... Məncə, Leverkuzen son iki-üç ildə Alonso ilə əməkdaşlıqdan çox, çox qürur duymalıdır”.

Bu gün Leverkuzen klubu məşqçinin mövsümün sonunda istefa verdiyini təsdiqləyib. Alonsonun "Real Madrid"i çalışdıracağı gözlənilir. Madridlilərin 11,8 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Mirağa

Chosen
0
fanat.az

1Sources