EN

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən tur çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Səbail" "Zirə"ni qəbul edəcək. Rəşad Sadıqovun komandası avrokuboka vəsiqəni və gümüş medalları təmin edibsə, elitada qalmağa can atan "dənizçilər"ə qələbə hava-su kimi lazımdır. Hərçənd, iki ildən çoxdur "qartallar"ı məğlub edə bilməyən "Səbail" bu mövsümkü duellərdə xala da həsrət qalıb. 

Günə "Turan Tovuz" - "Neftçi" qarşılaşması ilə yekun vurulacaq. Son 9 turda cəmi bir qələbə qazanan, son 3 oyunda 3 xala həsrət qalan qərb təmsilçis doğma meydanda, hədəfi qalmayan "Neftçi" ilə matçda tilsimi qırmağa çalışacaq. 

Turun açılış oyununda "Sabah" "Şamaxı"nı 3:1 üstələyib. Sabah isə "Kəpəz" "Sumqayıt"ı, "Qarabağ" isə "Araz-Naxçıvan"ı sınağa çəkəcək. 
 
Misli Premyer Liqası
34-cü tur
10 may 

17:00. “Səbail” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu, Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“ASCO Arena”

19:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı, Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu.
 

Chosen
0
fanat.az

1Sources