EN

ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…


Rusiya və ABŞ nümayəndələri Vaşinqtonun Rusiya qazının Avropaya yenidən göndərilməsində mümkün iştirakını müzakirə ediblər. Bu barədə “Reuters” səkkiz ayrı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edilir ki, danışıqlarda amerikalı investorların “Qazprom”da, “Şimal axını” layihəsində və ya Ukrayna ərazisindən keçən boru kəmərində iştirakı müzakirə olunub.

Agentliyin məlumatına görə, Amerika şirkətləri Rusiya qazını alıb Avropaya, o cümlədən Almaniyaya göndərə bilərlər. Bu ssenari Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə verə və bəzi Avropa ölkələrinin müqavimətini dəf etməyə kömək edə bilər.

Mənbələr bildiriblər ki, ABŞ bu ssenaridən faydalanacaq, çünki Rusiya qazının Avropaya nəqlinə nəzarəti ələ keçirmək fürsəti qazanır.

Qeyd edək ki, Avropa ölkələri gələcəkdə rus qazından tamamilə imtina etmək niyətindədir və bununla bağlı müzakirələr gedir, planlar hazırlanır.

TAHİR

Chosen
0
baki-xeber.com

1Sources