EN

Nurgül Yeşilçay İstanbuldan köçür?

Aktrisa Nurgül Yeşilçay bir müddətdir ekranlardan uzaq bir həyat yaşayır. Sosial mediada paylaşdığı məzmunlarla diqqət çəkən Yeşilçay yaxın vaxtlarda İstanbuldan köçə bilər.

Sherg.az xəbər verir ki, "Gazete Magazin"in xəbərinə görə, 49 yaşlı aktrisa belə deyib: “Biz yavaş-yavaş köçə bilərik. İstanbul ilə çox gözəl bir evliliyimiz oldu. Bir-birimizə çox yaxşı baxdıq, amma hər münasibət bir gün bitir. Bir az fasilə verək, bir-birimiz üçün  darıxaq”.

“Evi tikdiririk. Şəhər xaricində olacaq, amma hər yerə yaxın bir yerdə”, – deyən Yeşilçay uzun müddətdir Necati Kocabay ilə münasibətdədir.
Chosen
0
sherg.az

1Sources