EN

Tutanxamonun xəzinələrinin bir hissəsi yeni muzeyə köçürülüb

Firon Tutanxamonun xəzinə kolleksiyasının bir hissəsi yeni muzeyə köçürülüb.

"Report"un məlumatına görə, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir: “163 artefakt Böyük Misir Muzeyinə (Gizədə) gətirilib, muzeyin rəsmi açılışının iyulun 3-də olacağı planlaşdırılır”.

Turizm və qədim əsərlər naziri Şərif Fatihinin sözlərinə görə, Tutanxamonun “qızıl kolleksiyası”na aid eksponatların bir hissəsi muzeyin rəsmi açılışına hazırlıq çərçivəsində köçürülüb. Sonra digər artefaktlar da oraya daşınacaq.

Köçürülən eksponatlar arasında Tutanxamonun mərasim kreslosu, qızıldan hazırlanmış zinət əşyaları və boyunbağılar var. Tutanxamonun məzarını 1922-ci ildə Fironlar Vadisində aparılan qazıntılar zamanı britaniyalı arxeoloq Hovard Karter aşkar etmişdi.

Sonradan bu kolleksiya, o cümlədən məşhur qızıl maska, Tahrirdə yerləşən Misir Muzeyində nümayiş etdirilib. Yeni Gizə muzeyində Tutanxamonun xəzinələri üçün ayrıca bir zal ayrılacaq. Misir hakimiyyəti yeni muzeyi “dünyaya hədiyyə” adlandırır və açılışa dövlət başçılarını dəvət etməyi planlaşdırır.

Chosen
0
2
report.az

3Sources