EN

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” - Video

Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.

Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb: “İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Chosen
0
16
publika.az

10Sources