Riçarlison cari mövsümün sonunda “Tottenhem”i tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
“Everton” sabiq hücumçusunu geri qaytarmaq niyyətindədir. Klubun baş məşqçisi David Moyes braziliyalı oyunçunun transferində şəxsən maraqlıdır.
Riçarlison 2018–2022-ci illər aralığında Liverpul təmsilçisinin heyətində çıxış edib. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarınadək qüvvədədir.
27 yaşlı forvard bu mövsüm 21 oyunda meydana çıxaraq, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.