EN

Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal

Ajans.az bu barədə xarici mətbuata istinadən xəbər verir. “Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq”, - deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk hesabındakı videomüraciətində bildirib. Buna cavab olaraq da Ukrayna da iki macar diplomatı ölkədən qovur. “Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

Bundan əlavə, Ukrayna XİN Macarıstan səfirini çağırıb və ona nota təqdim edib.

Chosen
0
2
Ajans.az

3Sources