EN

Ukrayna macar diplomatları ölkədən qovur

Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaşanır.

Milli.Az xəbər verir ki, "Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq", - deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk hesabındakı videomüraciətində bildirib.

Buna cavab olaraq da Ukrayna da iki macar diplomatı ölkədən qovur.

"Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər", - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

Bundan əlavə, Ukrayna XİN Macarıstan səfirini çağırıb və ona nota təqdim edib.

Milli.Az

Chosen
0
2
milli.az

3Sources