EN

Ukrayna macar diplomatları ölkədən qovur

Macarıstanın iki ukraynalı diplomatı casusluqda ittiham edərək ölkədən çıxarmasına cavab olaraq, Ukrayna da iki macar diplomatı ölkədən qovur.

24tv.ua xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər", - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

Bundan əlavə, Ukrayna XİN Macarıstan səfirini çağırıb və ona nota təqdim edib.

"Biz Macarıstanın hərəkətlərinə cavab olaraq qarşılıqlılıq prinsipinə və milli maraqlarımıza əsasən addım atırıq", - deyə ukraynalı nazir qeyd edib.

Chosen
0
news365.az

1Sources