EN

Aydan toplanan torpaq nümunələri Britaniyaya gətirildi

Çinin 2020-ci ildə Aydan topladığı torpaq nümunələri ilk dəfə Böyük Britaniyaya gətirilib. Metbuat.az xəbər verir ki, 50 ildən sonra ilk dəfə Aydan Yerə gətirilən torpaq nümunələri Çin tərəfindən Böyük Britaniyaya qaytarmaq şərti ilə verilib. Nümunələr yüksək mühafizə olunan laboratoriyada mühafizə olunur. Alimlər bu nadir nümunələrlə Ay və Yerin ilkin tarixini araşdırmaq istəyir. Böyük Britaniyada nadir torpaqla işləməyə icazə verilən tək alim Mahesh Anand və komandası torpaq nümunələrinin Ayın necə əmələ gəldiyini izah etməyə kömək edə biləcəyini ifadə edib. Alimlər hesab edirlər ki, torpaq nümunələrində Yerin Mars böyüklüyündə planetlə toqquşması nəticəsində yaranan dağıntılardan əmələ gələn Ayın necə yarandığına dair sübutlar ola bilər.

Qeyd edək ki, torpaq nümunələri Çinin “Change 5” missiyası çərçivəsində 2020-ci ildə Ayın vulkanik bölgəsinə enən kosmik gəmi tərəfindən toplanıb. Kosmik gəmi səthdən təxminən 2 kiloqram material toplayaraq Yerə gətirib.

Chosen
0
metbuat.az

1Sources