EN

Ukrayna 74 şirkətə qarşı sanksiya tətbiq edib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyada və digər ölkələrdə qeydiyyatdan keçən 74 şirkətə qarşı sanksiyalarla bağlı qərarı qüvvəyə minib.

Operativ Media xəbər verir ki, bu barədə müfaviq sərəncam Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.

Məlumata görə, sanksiyalar metallurgiya, maşınqayırma, təyyarə istehsalı və kimya müəssisələrinə, eləcə də bir sıra konstruktor bürolarına qarşı tətbiq edilib.

Siyahıya Rusiya müəssisələrindən əlavə Çin, İran və Özbəkistanda qeydiyyatdan keçən 7 xarici şirkət daxildir.

Bundan əlavə, 58 nəfərə qarşı sanksiya qüvvəyə minib. Sanksiyalar 10 il müddətinə tətbiq edilib.

Bunlara ənənəvi olaraq ölkə ərazisində aktivlərin bloklanması, lisenziyaların ləğvi, əqli mülkiyyətin ötürülməsinə qadağa qoyulması, ticarət müqavilələrinə xitam verilməsi və Ukraynanın bütün dövlət mükafatlarının əlindən alınması daxildir.

Chosen
0
4
operativmedia.az

5Sources