EN

Ayxan Abbasov baş hakimdən narazı qaldı: Ayıbdır, uşaqların əziyyəti yerə vurulur

“Sabah”la oyunlar mübarizəli keçir”.

Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Şamaxı"ya 1:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis qarşılaşmada xal qazanmaq istədiklərini bildirib: “Sabah” bu il bizə qalib gəlməmişdi, bu gün bacardılar. Oyunu standart vəziyyətlərdə uduzduq. İkinci qoldan öncə faul yox idi. Rəqib önə keçəndən sonra gənc oyunçulara şans verdik. Ümumiyyətlə heyətdə dəyişikliklər etdik. Bəzilərini meydanda görmək istəyirdim. Zədəli oyunçularımız çox idi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Məncə, “Şamaxı” bu il qarşıya qoyulan məqsədə çatdı. Sona 2 oyun qalıb. Bundan sonra gələcək planlar haqda fikirləşəcəyik.

Chosen
0
teleqraf.com

1Sources