EN

“Neftçi”də 7 itki

“Neftçi”nin 7 futbolçusu Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”la keçiriləcək oyunu buraxacaq.

Msport.az xəbər verir ki, bunlar Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi, Yuri Matias və Elvin Camalovdur.

Yalnız sonuncu oyunçu cəza ucbatında matçda iştirak edə bilməyəcək. Digərləri zədədən əziyyət çəkir.

Qeyd edək ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Chosen
0
msport.az

1Sources