EN

Çobanı maşınla vurub öldürən sürücü bu cəzanı aldı

Ağcabədi rayonunun Yuxarı Qıyamadınlı kəndindən Arazbar kəndi istiqamətində hərəkətdə olarkən ölümlə nəticələnən qəza törədən sürücü hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 33 yaşlı Tərlan idarə etdiyi “VAZ-21015” markalı avtomobillə əvvəlcə yolda olan inəkləri vurub. Sonra isə inəklərin sahibi olan Mamed Mamedova çırpılıb.

Məlum olub ki, Tərlan sürət həddini aşdığı üçün idarəetməni itirib. Qəza zamanı ağır xəsarət alan Mamed əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya gətirilib. “Avrasiya” klinikasında əməliyyat olunan Mamed dünyasını dəyişib.

Tərlan mərhumun ailəsi ilə barışıq əldə etdiyini, üzr istədiyini bildirib.

Məhkəmənin hökmü ilə Tərlan 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Tərlan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İ.Muradov,
Musavat.com

Chosen
0
musavat.com

1Sources