EN

Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO

Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. 

Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.

Modern.az məsələ ilə əlaqədar Bakı Şəhər üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq. 

Bildirilib ki, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

Açıqlamada deyilir ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Chosen
0
24
modern.az

10Sources