EN

“Mançester Yunayted”in qapıçısının avtomobili müsadirə olunub

Polis “Mançester Yunayted”in qapıçısı Andre Onananın avtomobilini müsadirə edib.

AZƏRTAC xəbər verir ki, buna səbəb maşının sığortasının olmamasıdır.

A.Onana 14 gün ərzində avtomobilin sığortasının olduğunu sübut etməlidir. Əks halda, maşın hərraca çıxarıla bilər.

2Sources