EN

Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
 
Hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.
 
Məktəbin 11-ci sinif şagirdi Amin İsmayılov sinif yoldaşı Sərxan İbrahimovla dalaşıb. Hadisə nəticəsində S.İbrahimov yumruqla A.İsmayılovu gözündən vurub. Hadisədən bir gün sonra A.İsmayılov həmin orta məktəbdə işləyən anası S.İbrahimova irad bildirib. S.İbrahimov isə A.İsmayılovun anasına ağır cavab qaytarıb. Bunu görən A.İsmayılov üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.
 
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
 
Məhkəmənin hökmü ilə A.İsmayılov 3 il 6 ay azadlıqdan məhrum edilib. A.İsmayılov cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.
Chosen
0
11
moderator.az

10Sources