EN

U-16 millimiz Belarus yığmasını məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, yığmamız Belarusun müfafiq yaş qrupundan ibarət milli komandası ilə üz-üzə gəlib.

Binə stadionunda təşkil olunmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib – 2:1. U-16 yığmamızın qollarını Ömər Kosayev və Ruslan Quliyev vurublar

Qeyd edək ki, bu komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.

Chosen
0
5
arena.az

9Sources