"Sumqayıt" klubunun 16 yaşlılardan ibarət komandası AFFA U-16 Liqasının yarımfinalına vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Lion"u üstələyib.

Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu gün keçirilən cavab matçında isə "Sumqayıt" 1:0 hesabı ilə qalib gələrək çempionatın 4 ən güclü komandası sırasına daxil olub.

Xatırladaq ki, bundan öncə "Zirə", "Qarabağ" və "Neftçi" yarımfinala yüksəlib.