EN

Donnarumma İtaliya nəhənglərinin hədəfində

İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarumma klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, qolkiper “İnter” və “Yuventus”un maraq dairəsinə düşüb. Milan klubu ona gələn mövsümün sonunda (sözləşməsi başa çatdıqdan sonra) illik 9 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır. “Yuventus” isə PSJ-yə təzminat ödəyərək transferi bu yay tamamlamağa çalışacaq.

Donnarumma bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 matça çıxıb, 38 qol buraxıb, 11 görüşdə qapısını toxunulmaz saxlayıb.

Chosen
0
msport.az

1Sources