Çavçavadze küçəsində bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
Marneulidə Çavçavadze küçəsində bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, “China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sistemi tikintisi zamanı torpaq uçqununun altında qalıb.
Nəticədə onlardan biri həyatını itirib, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hər iki şəxsin Candar qəsəbəsinin sakinləri olduğu bildirilir.