EN

"Türkiyə və Çin Rusiya-Ukrayna danışıqlarında ABŞ-ı əvəz edə bilər" - Polşa XİN

 
"Türkiyə hələ də kommunikasiya kanallarını açıq saxlayır, Çin isə Putinə unikal təsir imkanlarına malikdir..."
 
Türkiyə Cümhuriyyəti və Çin Xalq Respublikası Rusiya-Ukrayna danışıqlarında vasitəçi rolunda ABŞ-ı əvəz edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa XİN rəhbəri Radoslav Sikorski Varşavada Avropa İttifaqı üzv ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. Məlumatı   yayıb.
 
Sikorski qeyd edib ki, Çin prezident Putinı danışıqlar masasına oturtmaq üçün unikal təsir imkanlarına malikdir. Əgər ABŞ-ın Ukrayna ilə Rusiya arasındakı müharibənin dayandırılması üçün vasitəçilik səyləri uğursuz olarsa, bu rolu oynaya biləcək başqa ölkələr də var.
 
"Biz, əlbəttə, ABŞ-ın vasitəçilik səylərində uğur qazanmasını arzulayırıq. Lakin bu istiqamət uğursuz olarsa, başqa namizədlər də var. Məsələn, Türkiyə hələ də kommunikasiya kanallarını açıq saxlayır. Və hər şeydən öncə Çin Xalq Respublikası Putini danışıqlar masasına əyləşməyə məcbur etmək üçün unikal imkanlara malikdir", -
Sikorski deyib.
 
Türkiyənin vasitəçiliyi
 
Türkiyənin "Hürriyet" qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün vasitəçi olmasını xahiş edib. Nəşrin məlumatına görə, Ərdoğan bu təklifi müsbət qarşılayıb.
 
2025-ci il martın 12-də Ərdoğan Ukrayna ilə Rusiya arasında 30 günlük atəşkəsin əldə olunması barədə ABŞ-ın təklifini alqışlayıb. Türkiyə prezidenti o zaman ümid etdiyini bildirib ki, Ukraynadan sonra Rusiya da bu məsələyə konstruktiv cavab verəcək. O, Türkiyənin növbəti danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu vurğulayıb.
 
Əvvəllər də Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya-Ukrayna danışıqlarında vasitəçi olmağı təklif edib. 2022-ci ilin iyul ayında Türkiyənin vasitəçiliyi və BMT-nin himayəsi ilə Qara dənizdə taxıl ixracına dair saziş imzalanıb.
 
ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, "müharibənin başa çatması üçün çox yaxşı şanslarımız var", lakin Ukrayna və Rusiya prezidentləri arasında "böyük bir nifrət mövcuddur".
Chosen
0
1
moderator.az

2Sources