Xalq artisti Röya Ayxanın ailəsində xoş hadisə yaşanacaq.
Bizim.Media xəbər verir ki, estrada ulduzunun qardaşı İsmayılın xanımı Cansu hamilədir.
Bu barədə Röya özü “PrimeTime”a müsahibəsi zamanı məlumat verib.
“Bu il bibi olacam. Qardaşımla xanımı İstanbulda yaşayır. Ona görə işlərimi bitirən kimi İstanbula uçacam. Mən gəlinimdən ötrü ölürəm, onun yanında olacam. Uşaq iyulda dünyaya gələcək, amma dəqiq gününü bilmirik”, - deyə Röya bildirib.
Sara, Bizim.Media