EN

Sürücülərin NƏZƏRİNƏ – 200 MANAT cərimələnə bilərsiniz

Musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur. Bəs bu əmələ görə sürücüləri hansı məsuliyyət gözləyir? Məsələni dəyərləndirən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Ajans.az a bildirib ki, bu cür davranış qanunvericiliyə ziddir və inzibati məsuliyyət yaradır: ‘’Mövcud qanunvericiliyin tələblərinə əsasən, səs siqnallarından yalnız iki halda yol-nəqliyyat hadisəsinin qarşısını almaq və yaşayış məntəqələrindən kənarda ötmə əməliyyatını həyata keçirmək məqsədilə istifadə edilməsinə icazə verilir. İctimai yerlərdə bu qaydanı pozan fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimələnə bilərlər. Fikrimcə, bu məsələyə daha ciddi nəzarət vacibdir. Ümumiyyətlə, səs-kirliliyi insan sağlamlığına mənfi təsir göstərir və ömür müddətini azaldır. Avropa alimləri bu məsələni 10 ildən artıqdır ki, araşdırır və müvafiq tədbirlər görürlər. Təəssüf ki, ölkəmizdə bu problemin ciddiyyəti hələ də tam dərk olunmur və qarşısının alınması istiqamətində görülən tədbirlər yetərli deyil. Səs-kirliliyinə qarşı mühitə təsir edən həllər tətbiq edilməlidir. Məsələn, küçələrdə yaşıllıqların sayının artırılması və binalarda səs boğucu materiallardan istifadə bu problemin təsirini minimuma endirə bilər. Digər tərəfdən, şəhər daxilində səs siqnallarının istifadəsi qadağan edilməli, fərdi nəqliyyat vasitələrindən çox alternativ ictimai nəqliyyat növlərinə üstünlük verilməlidir. Yalnız siqnallar və musiqi deyil, ümumilikdə avtomobil hərəkətinin yaratdığı səslər də insan psixologiyasına və sağlamlığına mənfi təsir göstərir. Səs kirliliyinin insan sağlamlığına təsirin nəzərə alaraq ona  qarşı mübarizəyə  daha ciddi yanaşmalıyıq’’.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
0
1
Ajans.az

2Sources