"Sabah"ın kişi basketbolçulardan ibarət komandası mövsümdə ilk dəfə ardıcıl 2 məğlubiyyət alıb.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi bu uğursuz seriya ilə ölkə çempionatının finalında üzləşib.
Rimas Kurtinaytisin yetirmələri “Neftçi” qarşısında aciz qalıblar. “Sabah” 3-cü görüşdə 76:79, 4-cü qarşılaşmada 66:84 hesabı ilə uduzub.
Qeyd edək ki, son çempion cari mövsümdə ümumilikdə 6 dəfə məğlub olub. Bunlardan 4-ü müntəzəm çempionatda, 2-si finalda qeydə alınıb.