EN

Ernesto Valverde: “Atletik” zəifliyi özünə rəva gördü”

Bilbao “Atletik”inin baş məşqçisi Ernesto Valverde Avropa Liqasının yarımfinalında “Mançester Yunayted”ə məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, ilk oyunda doğma “San-Mames”də gözlənilmədən 0:3 hesablı məğlubiyyət yaşamış “basklar”, “Old Trafford”da da böyükhesablı (1:4) məğlubiyyətlə üzləşərək, yarışla vidalaşıblar.

Ernesto Valverde matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Nəticə sarsıdıcı alındı, xüsusilə, bizim, rəqibimizi onun qapısı ağzına sıxışdırmağımızı və ən çətini – vurduğumuz ilk qoldan sonra oyuna qayıtmaq cəhdimizi hesaba alaraq. Amma son on dəqiqəni çox pis keçirdik, biz zəiflik məqamına yol verdik. Biz çox yaxşı oynayırdıq və 80 dəqiqə oyunda qaldıq. Futbol isə 90 dəqiqə davam edir, 80 dəqiqə yox, 75 dəqiqə də yox” – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Atletik” oyunun 31-ci dəqiqəsində hesabı açsa da, 72-ci, 80-ci, 85-ci və 90+1-ci dəqiqələrdə ardıcıl qollar “yeyərək”, tarmar olub və doğma meydanında keçiriləcək finala vəsiqə qazana bilməyib.

Filanla yüksəlmiş “Mançester Yunayted” İngiltərənin digər təmsilçisi “Tottenhem”ə rəqib olub. Həlledici oyun mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.

Chosen
0
arena.az

1Sources