Bakı. Trend:
İkinci Dünya Müharibəsi bəşər tarixinin ən qanlı səhifələrindənbiridir və milyonlarla insanın həyatını itirməsilə nəticələnib.Azərbaycan xalqı Sovet İttifaqının tərkibində faşizmə qarşımübarizədə xüsusi qəhramanlıq nümünəsi göstərib. Müharibə zamanıölkəmizin sənaye və kənd təsərrüfatı potensialı bütünlüklə cəbhəyəyönləndirilib, Bakı nefti Qızıl ordunun döyüş meydanında qalibgəlməsində həlledici rol oynayıb. Bununla yanaşı, Azərbaycan xalqıcəbhəyə 600 mindən çox oğul və qızını yola salıb və onlarıntəxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıGünay Ağamalı deyib.
Millət vəkili xatırladıb ki, müharibə illərində göstərdikləriigidliyə və şücaətə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhramanıadına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif ordenvə medallarla təltif edilib:
“Bütün bunlar xalqımızın faşizm üzərində qələbəyə verdiyi mühümtöhfənin bir hissədir.Lakin bu gün bəzi dövlətlərdə faşizmideologiyasının əbədiləşdirilməsi və onlara xidmət edənlərinqəhramanlaşdırılması halları baş verir. Ermənistan da həmindövlətlərdən biridir. Hal-hazırda İrəvanda faşist cəlladı vənasistlərlə əməkdaşlıq etmiş Qaragin Njdeyə ucaldılan abidəqəhramanlıq simvolu kimi təqdim olunmaqdadır. Prezident İlhamƏliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibili iclasında buməsələni vurğulamaqla öz kəskin etirazını bildirmişdi. Aydındır ki,ermənilərin Qaregin Njdenin xatirəsini əbədiləşdirilməsi onlarınməhz faşist xislətlərindən irəli gəlir”.
Deputat bildirib ki, xalqımız uzun müddət erməni cinayətlərinəqarşı mübarizə aparıb və bunun uğrunda minlərlə qurban verib.
“Azərbaycan 2020-ci ildə 44 gün davam edən tarixlərə şan olanmübarizə ilə işğal altındakı torpaqlarını azad edərək 30 ilə yaxındavam edən ədalətsizliyə son qoydu. Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi-siyasi strategiyanəticəsində Ermənistan məğlub edildi və Nikol Paşinyan məğlubxalqın məğlub lideri kimi kapituliyasiya aktına imza atdı. TarixiZəfərimiz xalqın birliyinin və güclü dövlət iradəsinin təntənəsiidi”, - deyə o qeyd edib.
G.Ağamalı əlavə edib ki, Azərbaycan həm İkinci Dünyamüharibəsində, həm də Vətən müharibəsində sülh və ədalət uğrundamübarizə aparıb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli isəTrend-əaçıqlamasında deyib ki, Azərbaycan və onun xalqının İkinci Dünyamüharibəsində faşizm üzərində qələbəyə verdiyi töhfələr kifayətqədər böyükdür:
“Bu özünü təkcə qəhrəman əsgər və zabitlərimizin cəbhədə nümayişetdirdiyi şücaətdə deyil, həmçinin arxa cəbhədə Azərbaycan xalqınınverdiyi töhfədə büruzə verir. Əgər say tərkibini nəzərə alsaq,həmin zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə ən böyükitkilər verən xalqlardan biri hesab oluna bilər. Elə bir ailəyoxdur ki, bir və ya bir nüçə üzvü müharibədə şəhid olmasın”.
Millət vəkilinin sözlərinə görə, bəşəriyyət faşizmin gətirdiyidəhşətli bəlalardan nəticə çıxarmadı:
“SSRİ-nin süqutuna yaxın zamanda Azərbaycan ərazilərindəbaşladılan separatizm hərəkatının təməlində də elə həmin faşistideologiyasının ayrı-ayrı istiqamətləri dayanırdı. Bir vaxtlarfaşizmi dəstəkləyən, müdafiə edən Daşnaksütyun bu ideologiyanıAzərbaycan ərazilərinə daşıyaraq əslində daha sonra təcavüzə,işğala, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımıcinayətlərinə zəmin yaratmışdı. Paradoksal görünən məqamlardan biridə odur ki, bir zamanlar faşizmə qarşı mübarizə aparan və ya bunadəstək verən ölkələr daha sonra məhz faşizm ideologiyası iləsilahlanaraq Azərbaycan torpaqlarına təcavüz edən, Azərbaycanxalqına qarşı soyqırımı cinayətləri törədən erməni cəlladlarınamünasibətdə eyni yanaşmanı sərgiləmədilər, təcavüzkarın, faşizmideologiyası ilə silahlanan cinayətkarların yanında yer almağaüstünlük verdilər”.
Deputat vurğulayıb ki, Ermənistanda faşizm ideoloqlarıqəhrəmanlaşdırılır:
“Ermənistanda onların “şərəf”inə ucaldılan abidə bu gün dəqorunub saxlanılır. Ölkənin gəncləri həmin abidənin önündə andiçirlər. Hələ 1936-cı ildə Amerikada Daşnaksütyun təsisatına bağlıolan erməni diasporunun ayrı-ayrı nümayəndələri, o cümlədəm faşistQaregin Njdenin ətrafında olan şəxslər həmin dövrdə müxtəlif mediaresurslarında faşizmi təbliğ edən məqalələr yayırdılar.Daşnaksütyun Partiyasının ideoloji təməlində dayanan faşistelementləri ilə Hitler Almaniyasının təbliğ etdiyi ideologiyafaktiki olaraq bəşəriyyət əleyhinə olan eyni cinayətlər idi. Həmincinayətlərin təzahürlərini daha sonra Azərbaycan ərazilərindətörədilən hadisələrdə gördük”.
E.Mirzəbəyli bildirib ki, faşizmlə mübarizədə nümayiş etdirilənikili standartlar daha böyük cinayətlərə yol aça bilər. Bucinayətlərə yalnız vahid mövqe nümayiş etdirməklə son qoymaqmümkündür.
“Faşizmə qarşı mübarizədə sovet respublikaları ilə birlikdəhərəkət edən Azərbaycan xalqı öz ərazilərində işğalla müşahidəolunan faşizmin digər təzahürlərinə qarşı təkbaşına mübarizə apardıvə qəhrəmancasına qalib gəldi. Və bununla sübuta yetirildi ki,İkinci Dünya müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyiqəhrəmanlıq nə qədər üzərinə kölgə salınmağa cəhd göstərilsə də,təsadüfi deyil. Döyüş ruhu, ədalətin bərqərar olunması Azərbaycanxalqının milli ideologiyasının təməlini təşkil edir. Şərə qarşımübarizə bizim milli düşüncəmizin əhəmiyyətli hissəsidir”, - deyə oqeyd edib.