EN

Gəncədə qəzaya uğrayan BMW evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMW markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ölkə.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində yaxınlıqdakı ümumi sahəsi 140 m² olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bir ədəd televizor və bir ədəd kondisioner yanıb.

Evin qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
0
9
olke.az

10Sources