“Ölkələrimiz arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda, Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.