EN

Ruben Amorim: “Tottenhem”ə qarşı finalı qazanmalıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın Avropa Liqasının finalına yüksəlməsini şərh edib.

Arena.az xatırladır ki, yarımfinalın ilk oyununda Bilbao səfərindən 3:0 hesablı qələbə ilə qayıtmış “Mançester Yunayted”, “Old Trafford”da “Atletik” üzərində 4:1 hesablı əzmkar qələbə qazanıb.

Ruben Amorim matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu, azarkeşlərimiz üçün edə biləcəyimizin ən azıdır. Mən artıq indidən final oyunu ilə bağlı həyəcan keçirirəm. Əgər “Mançester Yunayted” finalda qələbə qazana bilməsə, onda yerdə qalan hər şey heç biz əhəmiyyət kəsb etməyəck.

Bilirəm ki, bir məşqçi kimi daha yaxşı olmalıyam. Eləcə də komandam daha da güclü olmalıdır. Biz çalışırıq və avrokuboklarda heç də pis çıxış etməmişik, amma İngiltərə Premyer Liqasında fəsadlar yaşayırıq.

Biz bütün heyətimizi səfərbər etməliyik, oyunda qalmalıyıq və azacıq uğura malik olmalıyıq, həmçinin səbrli olmalıyıq. Bizimlə “Ange”nin (“Tottenhem”in yunanəsilli avstraliyalı baş məşqçisi Angelos Postekoqlu) vəziyyəti çox oxşardır. Bu, çətin bir məqamdır, bizdən biri isə qalib gəlməlidir. Bu, vacib bir final olacaq və biz qələbə qazanmağa çalışacağıq” – “TNT Sports” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.

Chosen
0
arena.az

1Sources