EN

ŞAD XƏBƏR: Bu dərmanlar PULSUZ VERİLƏCƏK

“2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır”.

Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub.

“Bununla yanaşı, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı Xidmətlər Zərfinin genişləndirilməsi, yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulub”.

Ayşən Rəhim, Bizim.Media

 

 

Chosen
0
8
bizim.media

9Sources