EN

Pakistan Hindistan şəhərlərinə PUA-larla hücuma keçib

Pakistan Silahlı Qüvvələri Hindistanın qərb sərhədində pilotsuz uçuş aparatları (PUA) və döyüş sursatları ilə genişmiqyaslı hücuma başlayıb.

Pakistan ordusundan verilən açıqlamaya görə, hücumlar Pathankot, Srinagar və Caisalmer şəhərlərinə edilib.

"Dron hücumları effektiv şəkildə dəf edilib və atəşkəsin pozulmasına lazımi cavab verilib", - Hindistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Pakistan və Hindistanı təmkinli olmağa çağırıb. BMT-nin baş katibi vurğulayıb ki, Kəşmirdəki münaqişə tezliklə sona çatmalı və məsələ dialoq yolu ilə həll edilməlidir.

AzPolitika.info

Chosen
0
hurriyyet.az

1Sources