EN

Sement istehsalçısı "Holcim (Azərbaycan)" xalis mənfəətini bölüşdürəcək

30 İyun 025-ci il tarixdə "Holcim (Azərbaycan)" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. 

Marja xəbər verir ki, səhmdarların illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir: 

1. Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi.

2. Holcim (Azərbaycan) ASC-nin 2024-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi. 

3. 2024-cü ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.

4. Holcim (Azərbaycan) ASC-nin nizamnaməsində dəyişikliyin təsdiq edilməsi. 

5. Müşahidə Şurasına üzvlərin və sədrin seçilməsi.

6. Təftiş Komissiyasına üzvün seçilməsi.

7. Holcim (Azərbaycan) ASC ilə Holcim International Finance LTD arasında imzalanmış borc müqaviləsinin müddətinin uzadılması.

Yığıncaq Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir küçəsi, 6 ünvanında yerləşən "Hyatt Regency" hotelinin Hyatt Hall Ballroom zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı zalın foyesində saat 09:00-dan 09:45-dək aparılacaqdır. 

Chosen
0
2
marja.az

3Sources