EN

Sommer Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Çempionlar Liqasında "həftənin oyunçusu" mükafatının sahibi bəlli olub.

"İnter"in qapıçısı Yann Sommer Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Operativ Media xəbər verir ki, qapıçı turnirin yarımfinalında "Barselona" ilə cavab görüşündə yeddi zərbəni dəf edib. Qarşılaşma əlavə vaxtdan sonra “neradzurri”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Mayın 31-də Münhendə keçiriləcək Çempionlar Liqasının finalına "İnter" və PSJ çıxıb.

1Sources